...

Ermənistan ərazisində qalan Azərbaycan irsi tamamilə darmadağın edilib - Fərid Şəfiyev

Cəmiyyət Materials 5 İyun 2025 11:16 (UTC +04:00)
Ermənistan ərazisində qalan Azərbaycan irsi tamamilə darmadağın edilib - Fərid Şəfiyev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqazda son 30 ildə müxtəlif münaqişələr olub. Bunların arasında Ermənistan-Azərbaycan münaqişəsi xüsusi yer tutur. Minlərlə insan bu münaqişənin qurbanı olub.

Trend xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzdə "Daşlar sükut içində danışır: Azərbaycan irsinin qorunması" adlı elmi-praktik tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu qurbanlardan əlavə Ermənistan ərazisində qalan Azərbaycan irsi də tamamilə darmadağın edilib.

“Mən müxtəlif yerlərdə ermənilərlə görüşmüşəm, təklif etmişəm ki, qarşılıqlı şəkildə bu məsələni müzakirə edək.

Bizim mərkəzin binasının yaxınlığında erməni kilsəsi var. Orada erməni dilində olan yüzlərlə kitab qorunur.

1993-cü ildə Qarabağda inşa edilən qanunsuz binalar Cenevrə Konvensiyasına uyğun olaraq sökülüb. Lakin digər bütün tarixi mədəni irs nümunələri qorunub saxlanıb.

Amma təəssüflər olsun ki, bu mənzərəni Ermənistanda görmürük, oradakı abidələr tamamilə dağıdılıb. İrəvandakı Göy məscid də fars abidəsi kimi təqdim olunur”, - deyə F.Şəfiyev fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti