...

Ermənistanda azərbaycanlıların vaxtilə yaşadığı kəndlərin fotoları çəkilib

Cəmiyyət Materials 5 İyun 2025 11:49 (UTC +04:00)
Ermənistanda azərbaycanlıların vaxtilə yaşadığı kəndlərin fotoları çəkilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xarici ekspertlər, diplomatik nümayəndəliklər üçün “Daşları toplamaq vaxtıdır” adlı kitab Qərbi Azərbaycana həsr olunub, Qərbi Azərbaycan maddi-mədəni irsinin dağıdılması, yerlə yeksan edilməsinə aiddir.

Trend xəbər verir ki, bunu "İrs" jurnalının baş redaktoru, kitabın layihə rəhbəri Musa Mərcanlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində "Daşlar sükut içində danışır: Azərbaycan irsinin qorunması" adlı elmi-praktik tədbir çərçivəsində jurnalistlərə açıqlamasında zamanı deyib.

O bildirib ki, azərbaycanlıların tarixən o ərazilərdə yaşadığını sübut edən çoxlu faktlar, vizual şəkillər, sənədlər və bir çox materiallar bu kitabı önəmli edir.

“Biz ilk dəfə olaraq Qərbi Azərbaycan ərazisinin, vaxtilə azərbaycanlıların yaşadığı bütün kəndlərin son 6 ay ərzində fotolarını çəkdirmişik. Bu fotolardan da görünür ki, həmin ərazilər dağıdılıb. Bu faktlar həmin şəkillərlə sübut olunur. Dağıdılmış baş daşları, azərbaycanlıların adlarının olduğu kitabələr fotolarda öz əksini tapıb.

Biz Qərbi Azərbaycana bir neçə dəfə xarici fotoqraflar göndərmişik. Təəssüf ki, ermənilər onları yaxın buraxmırdılar. Çünki o kəndlərin böyük əksəriyyətində az da olsa, 5-6 ailədən ibarət yezidi kürdlər yaşayırdılar. Onlar fotoqrafları həmin ərazilərə buraxmırdılar. Amma hansısa formada xarici fotoqrafları oraya göndərə bildik. Onlar həmin ərazilərin fotolarını çəkdilər və həmin şəkillər kitabda öz əksini tapıb”, - deyə M.Mərcanlı qeyd edib.

Xəbər lenti

Xəbər lenti