...

AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən 500 milyon dollara yaxın gəlir əldə edib

İqtisadiyyat Materials 5 İyun 2025 11:21 (UTC +04:00)
AMB ötən il valyuta aktivlərinin idarə edilməsindən 500 milyon dollara yaxın gəlir əldə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə xarici pul və istiqraz bazarlarında mövcud əlverişli mühit və nisbi gəlirliliyin artırılması istiqamətində tətbiq edilən portfel strategiyaları nəticəsində valyuta aktivlərinin idarə edilməsindən 491.6 milyon ABŞ dolları gəlir əldə edilib.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, hesabat ilində investisiya portfelinin gəlirliliyi isə 4.5%-ə bərabər olub.

“Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları hesabat ili ərzində əsasən daxili bazarda valyuta satışları və məzənnə fərqi hesabına 653.5 milyon ABŞ dolları və ya 5.6% azalaraq 2024-cü ilin sonuna 10.96 milyard ABŞ dolları təşkil edib”, - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti