...

Ötən ili Mərkəzi Bank maliyyə fəaliyyətini 720,9 milyon manat mənfəətlə başa vurub

İqtisadiyyat Materials 5 İyun 2025 11:47 (UTC +04:00)
Ötən ili Mərkəzi Bank maliyyə fəaliyyətini 720,9 milyon manat mənfəətlə başa vurub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mərkəzi Bankın 31 dekabr 2024-cü il tarixinə gəlirləri 1,064 milyard manat təşkil edib.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, gəlirlərin 885,9 milyon manatı valyuta aktivlərinin idarə edilməsi üzrə faiz, yenidən qiymətləndirmə və konvertasiya gəlirlərindən, 51,3 milyon manatı daxili bazarda əldə edilmiş qiymətli kağızlar üzrə faiz gəlirlərindən, 11,4 milyon manatı mərkəzləşdirilmiş kredit resursları üzrə faiz gəlirlərindən, 18,1 milyon manatı müştərilərə göstərilən xidmətlər üzrə gəlirlərdən ibarət olub.

Hesabat dövründə Mərkəzi Bankın xərcləri bütövlükdə 343,1 milyon manat təşkil edib ki, bu xərclərin 156,4 milyon manatı əməliyyat xərclərinin payına düşür. Əməliyyat xərcləri əsasən Mərkəzi Bankın həyata keçirdiyi sterilizasiya əməliyyatları nəticəsində yaranmış xərclərdən, o cümlədən 58,5 milyon manatı banklardan cəlb edilmiş depozitlər üzrə, 64,9 milyon manatı AMB-nin notları üzrə, 0,9 milyon manatı isə banklarla repo əməliyyatları üzrə faiz xərclərindən ibarət olub.

Beləliklə, 2024-cü il üzrə Mərkəzi Bankın maliyyə fəaliyyəti 720,9 milyon manat mənfəət ilə nəticələnib, reallaşdırılmış mənfəətin sərbəst qalığı isə 552,5 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti