...

"Günay Bank” və “Muğan Bank”ın əmanətçilərinə qaytarılan vəsait açıqlandı

İqtisadiyyat Materials 5 İyun 2025 11:40 (UTC +04:00)
"Günay Bank” və “Muğan Bank”ın əmanətçilərinə qaytarılan vəsait açıqlandı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Əmanətlərin Sığortalanması Fonduna iştirakçı banklar tərəfindən ödənilən sığorta haqlarının risk əsaslı çərçivədə hesablanması və yığılmasına dair hazırlanan metodoloji layihə üzrə işlərin görülməsi davam etdirilib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, 2023-cü ildə müflis elan olunmuş “Günay Bank” ASC və “Muğan Bank” ASC-nin qorunan əmanətçiləri üzrə əmanət sahiblərinə vəsaitlərinin müvafiq olaraq 98% və 97%-i qaytarılıb.

Məlumata əsasən, 30.12.2024-cü il tarixinə ləğv prosesində olan “Günay Bank” ASC üzrə 2 209 nəfər əmanətçiyə 34.3 milyon manat, ləğv prosesində olan “Muğan Bank” ASC üzrə isə 7 689 nəfər əmanətçiyə 199 milyon manat məbləğində kompensasiya ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti