Bakı. Trend:
22 may 2025-ci il tarixində Heydər Əliyev Mərkəzi bir daha məqsədli dialoqun mərkəzinə çevrildi. SHE Congress 2025 tədbiri yüzlərlə lideri, düşüncə insanını və dəyişiklik yaradan şəxsləri vizion, aydınlıq və qarşılıqlı əlaqə ilə dolu bir günə topladı. Artıq yeddinci ilini qeyd edən bu Konqres liderliyin sadəcə müzakirə olunmadığı, eyni zamanda yenidən tərif olunduğu bir platforma kimi mövqeyini möhkəmləndirib.
Bu ilin şüarı — “Beyond Now – Creating What Lives On” (“Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq”) — iştirakçıları yalnız ilham verməklə kifayətlənməyə deyil, həm də miras, niyyət və dəyər anlayışlarını dərindən düşünməyə çağırdı. Biz gələcəyə nə aparırıq? Və illər sonra da nə önəm daşıyacaq?
Tədbirə SHE Congress-in təsisçisi Tatyana Mikayılın açılış və
bağlanış çıxışları damğa vurdu. Onun sözləri toplaşmanın
mahiyyətini dolğun şəkildə ifadə etdi:
“Biz bura təcili olanın arxasınca qaçmağa yox, dəyərli olanı
qurmağa gəlmişik. Mono bir dünyanın gələcəyi yoxdur. Qütbləşmiş
fikirlərin və sərt gözləntilərin hökm sürdüyü dövrdə SHE Congress
aydın bir mesaj verir — həqiqi irəliləyiş ayrılıqdan deyil,
əməkdaşlıqdan yaranır. Gəlin bir-birimizlə savaşmağı dayandıraq və
əvəzində bir-birimizin seçimlərinə, sərhədlərinə və gücünə hörmət
etməyə başlayaq.”
Professor Hicran Hüseynova isə platformanın cəmiyyətə təsirindən
danışdı:
“SHE Congress bir daha göstərdi ki, daha inklüziv və hörmətə
əsaslanan cəmiyyət qurmaq üçün kollektiv məsuliyyət vacibdir.
Təhsil, iqtisadi imkanlar və məlumatlı qərar vermə hüququ yalnız
qadın məsələsi deyil — bunlar milli inkişaf məsələləridir. Qadınlar
dəstəkləndikdə və gücləndirildikdə, bütöv cəmiyyətlər inkişaf edir.
Bu Konqresin gücü, müxtəlif fikirləri bir araya gətirərək dayanıqlı
dəyişiklik yaratmaq məqsədinə xidmət etməsindədir.”
Günün ən yaddaqalan məqamları arasında Yelo Bank-ın Baş direktor müavini Günay Cəlilova, Azercell Telecom-un Hüquq və Məlumat Strategiyası üzrə Baş direktoru Şirin Əliyeva, həmçinin “Təsirin Valyutası” adlı yüksək səviyyəli panel də yer aldı. Bu paneldə Mastercard-ın Şərqi Avropa üzrə prezidenti Yasemin Bedir, Halyk Bank-ın baş direktoru Umut Şayahmətova, Gürcüstan Milli Bankının sədri Natia Turnava və Azərbaycan Mərkəzi Bankının sədr müavini Gülar Paşayeva iştirak etdilər. Panel dəyərə əsaslanan liderliyin necə davamlı iqtisadi və sosial dəyişikliklərə səbəb olduğunu vurğuladı.
Bu ilki Konqres, dəstəkçi tərəfdaşların sayəsində reallaşdı. İlk növbədə, mədəniyyətə, innovasiyaya və dialoqa olan davamlı sadiqliyi ilə SHE Congress-in hər il daha da inkişaf etməsinə töhfə verən Heydər Əliyev Mərkəzinə xüsusi təşəkkürümüzü bildiririk. Eyni zamanda Yelo Bank, Mastercard, Bosch, Azercell və Bakı Media Mərkəzinə minnətdarlığımızı bildiririk — onların mirasa əsaslanan liderliyə olan inamı bu tədbirin əsasını təşkil edir. Bu adlar sadəcə loqolar deyil — dəyişimin ortaq qurucularıdır.
Günün sonunda isə yalnız fikirlər deyil, niyyətlər də geridə qaldı. Alqışlarla yoxa çıxmayan, əksinə hərəkətə çevrilən niyyətlər. Çünki liderliyin əsl təsiri bu gün dediklərimizdə deyil — sabah da səslənən mesajlarda gizlidir.