...

Ötən il azad edilən ərazilərdə yenidənqurma və bərpaya ayrılan vəsaitlə hansı layihələr maliyyələşdirilib?

İqtisadiyyat Materials 3 İyun 2025 11:58 (UTC +04:00)
Ötən il azad edilən ərazilərdə yenidənqurma və bərpaya ayrılan vəsaitlə hansı layihələr maliyyələşdirilib?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün büdcə xərclərinin 38,9 faizi həcmində və ya 14,7 mlrd. manat vəsait istifadə olunub. Bu rəqəm 2023-cü illə müqayisədə 304 mln. manat çoxdur. Ümumiyyətlə, son 5 ildə (2020-2024) sosialyönlü xərclər 4 mlrd. manat və ya 37,7 faiz artıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, əvvəlki illərdə olduğu kimi 2024-cü ildə də dövlət tərəfindən əhalinin rifahının yaxşılaşdırılması, həssas əhali qrupunun sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra qərarlar qəbul edilib.

“Belə ki, orta pensiya məbləği 12,0 faiz artımla 494 manata, yaşa görə pensiya 11,3 faiz artımla 528 manata, yaşayış minimumu 9,8 faiz artımla 270 manata çatdırılıb. Ehtiyac meyarının da 246 manatdan 270 manata yüksəldilməsi ilə ünvanlı dövlət sosial yardımı üçün ayrılan büdcə vəsaiti 179 milyon manat artırılaraq 457 milyon manat təşkil edib.

Elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti xərclərinə 11,5 mlrd. manat vəsait sərf edilmişdir. Bu büdcə xərclərinin 30,6 faizi həddindədir.

2024-cü ildə dövlət büdcəsinin faktiki xərclərinin 47,7 faizi və ya 18 mlrd. manatı dövlət proqramlarının və məqsədli tədbirlərin maliyyəlşdirilməsinə yönəldilib. Bu məbləğin 6,4 mlrd. manatı “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın maliyyə təminatı üçün ayrılıb.

Xarici kreditlər hesabına reallaşan layihələr də nəzərə alınmaqla investisiya qoyuluşu üçün 2,7 mlrd. manat vəsait yönəldilib.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 5,3 mlrd. manat vəsait ayrılıb. Həmin vəsaitin 91,1 faizi infrastruktur, 6,6 faizi sosial, 2 faizi minalardan təmizlənmə, 0,3 faizi müdafiə və hüquq mühafizə təyinatlı layihələrin maliyyələşməsinə yönəldilib.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq 486 milyon manat vəsait sərf edilib. Bu məbləğ 2023-cü illə müqayisədə 28,0 milyon manat və ya 6,1 faiz çoxdur”, - deyə komitə sədri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti