Bakı. Trend:
Əməkdaşlıq çərçivəsində mobil əsaslı beynəlxalq pul köçürmələri, təkmilləşdirilmiş fırıldaqçılıqdan müdafiə sistemləri və m10 tətbiqi istifadəçilərinin ehtiyaclarına uyğunlaşdırılmış loyallıq proqramları nəzərdə tutulur.
Azərbaycanın aparıcı fintex şirkətlərindən biri və Bir ekosisteminin üzvü olan PashaPay, rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider Mastercard ilə ölkədə innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb. Memorandumun imzalanması iyunun 3-də, PashaPay-in Bir ekosistemi təmsil etdiyi, dünyanın aparıcı fintex tədbirlərindən biri sayılan Money 20/20 Europe zamanı Amsterdamda baş tutub.
Bu strateji əməkdaşlıq Mastercard və PashaPay arasında aşağıdakı sahələr üzrə əlaqələrin dərinləşdirilməsini nəzərdə tutur:
4 iyun tarixində verilən birgə mətbuat açıqlamasında Mastercard və PashaPay bildiriblər ki, bu strateji əməkdaşlıq aşağıdakı sahələrdə tərəflər arasında əlaqələri gücləndirməyə yönəlib:
- Kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və fırıldaqçılıqdan qorunma texnologiyaları üzrə əməkdaşlıq;
- Mastercard və m10 markalı rəqəmsal ödəniş məhsullarının buraxılması;
- Mastercard-ın MoneySend, Cross-Border Send və Alias Directory xidmətləri vasitəsilə beynəlxalq pul köçürmələrinə daha geniş çıxışın təmin edilməsi;
- Beynəlxalq fəaliyyət sahəsinin genişləndirilməsi.
PashaPay-in baş icraçı direktoru Samir Məmmədov
bildirib:
“Mastercard ilə tərəfdaşlıq, PashaPay-in maliyyə xidmətlərini daha
əlçatan və təhlükəsiz etmək missiyasında mühüm mərhələdir. Qlobal
təcrübəyə və güclü infrastruktura malik tərəfdaşımızla birlikdə
istifadəçilərimizə və bizneslərə daha yaxşı maliyyə alətləri təqdim
edə bilərik. Bu, təhlükəsiz və asan beynəlxalq pul köçürmələrini də
əhatə edir. Bu Anlaşma Memorandumunun məhz Money 20/20 Europe
tədbirində imzalanması isə Bir ekosistemin Azərbaycanın fintex
sektorunu beynəlxalq səviyyəyə çıxarmaq, qlobal dialoqa qoşulmaq və
uzunmüddətli strateji tərəfdaşlıqlar qurmaq əzmini bir daha nümayiş
etdirir.”
Mastercard-ın Türkiyə və Azərbaycan üzrə baş direktoru
Avşar Gürdal deyib:
“Bu tərəfdaşlıq qlobal təcrübə ilə yerli bazar biliklərinin ideal
sinerjisini təmsil edir. Biz sadəcə yeni ödəniş məhsulu təqdim
etmirik – biz Azərbaycan istehlakçılarının və bizneslərinin
ehtiyaclarını qarşılayan kompleks maliyyə alətləri yaradırıq.
Məqsədimiz onları rəqəmsallaşan dünyada daha uğurlu etməyə kömək
etməkdir.”
Bu Anlaşma Memorandumu hər iki şirkətin innovasiyaların təşviqinə, yerli və regional fintex ekosistemlərinin gücləndirilməsinə və rəqəmsal maliyyənin daha təhlükəsiz, inklüziv və əlçatan edilməsinə olan birgə sadiqliyini əks etdirir.
PashaPay haqqında
PashaPay, Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul
kisəsi və MilliÖn ödəniş terminalları vasitəsilə istifadəçilərə
innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən
qabaqcıl fintex platformasıdır. Şirkət, eyni zamanda, ölkədə
nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində
innovasiyaların genişlənməsini prioritet istiqamət kimi
müəyyənləşdirib.
www.pashapay.az
Mastercard haqqında
Mastercard 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları gücləndirir
və insanlara imkanlar yaradır. Müştərilərimizlə birlikdə, hər kəsin
inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Rəqəmsal
ödənişlərin geniş spektrini dəstəkləyərək əməliyyatları təhlükəsiz,
sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız, innovasiyalarımız,
tərəfdaşlıqlarımız və şəbəkəmiz sayəsində insanlar, bizneslər və
dövlətlər üçün unikal məhsul və xidmətlər təklif edirik.
www.mastercard.com