...

Çin rəsmiləri Bakı Limanının beynəlxalq yükdaşımalardakı rolu barədə məlumatlandırılıb

İqtisadiyyat Materials 3 İyun 2025 17:53 (UTC +04:00)
Çin rəsmiləri Bakı Limanının beynəlxalq yükdaşımalardakı rolu barədə məlumatlandırılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

ADY nümayəndə heyəti Çinin Ciansu əyalətinin və Liyanyunqanq şəhərinin rəsmiləri ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görüş keçirib.

Trend xəbər verir ki, görüşdə ADY-nin beynəlxalq dəhlizlərin, o cümlədən Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üçün gördüyü işlər, Bakı Limanının beynəlxalq yükdaşımalardakı rolu diqqətə çatdırılıb.

Eyni zamanda, “Kəmər və yol” meqa layihəsinin mühüm komponentlərindən olan Liyanyunqanq şəhərində hazırda “Yeni Avrasiya Quru-Dəniz Nəqliyyat Dəhlizi”nin və Orta Dəhlizin logistika şəbəkələrinin effektiv şəkildə əlaqələndirilməsi üzrə işlərin aparıldığı bildirilib.

Xəbər lenti

Xəbər lenti