...

"TotalEnergies" Azərbaycanda bərpa olunan enerji layihələri vasitəsilə iştirakını gücləndirir

İqtisadiyyat Materials 3 İyun 2025 17:05 (UTC +04:00)
"TotalEnergies" Azərbaycanda bərpa olunan enerji layihələri vasitəsilə iştirakını gücləndirir
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

“TotalEnergies” bərpa olunan enerji mənbələri layihələri vasitəsilə Azərbaycanda iştirakını gücləndirir.

Trend xəbər verir ki, bunu “TotalEnergies Azerbaijan” şirkətinin bərpa olunan enerji sahəsində biznesin inkişafı üzrə baş meneceri Çingiz Orucov Bakı Enerji Forumunda etdiyi çıxışda deyib.

“Bakı Energetika Forumunda iştirak etmək və hörmətli panel iştirakçılarının arasında olmaq mənim üçün böyük sevincdir. Bu, “TotalEnergies”in bərpa olunan enerji sahəsindəki fəaliyyətindən danışmaq üçün əla fürsətdir”, - deyə o qeyd edib.

Çıxışında o, şirkətin Azərbaycandakı səylərinə xüsusi diqqət ayırıb:

“Biz Azərbaycan Energetika Nazirliyi ilə ümumilikdə 500 meqavatt gücündə layihələrin həyata keçirilməsi üzrə memorandumlar imzalamışıq: 250 meqavatt Naxçıvanda, daha 250 meqavatt isə Səngəçal terminalı yaxınlığında”, - deyə Orucov bildirib.

Onun sözlərinə görə, şirkət milli enerji sisteminin inkişafını fəal şəkildə dəstəkləyir və Azərbaycanı qlobal dayanıqlı enerji strategiyasının həyata keçirilməsində mühüm tərəfdaş kimi dəyərləndirir.

“Biz regional interkonnektivliyin mühüm rol oynadığı və Azərbaycanın bu prosesdə mühüm inkişaf nöqtəsi olduğuna əminik .Biz təşəbbüslərimizi yerli qurumlarla sinerji və dayanıqlı infrastruktur əsasında qururuq”, – deyə Ç.Orucov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti