...

Böyük Britaniya hökuməti “Çelsi”nin keçmiş prezidentini məhkəməyə vermək istəyir

İdman Materials 3 İyun 2025 20:32 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya hökuməti İngiltərənin “Çelsi” komandasının keçmiş prezidenti Roman Abramoviçi məhkəməyə vermək niyyətindədir.

Trend xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb hökumətin klubun satışından əldə olunan gəlirdən payına düşən 2,34 milyard funt-sterlinqi (təxminən 250 milyard rubl) ala bilməməsidir.

Britaniyanın maliyyə naziri Reyçel Rivz və xarici işlər naziri Devid Lammi rusiyalı iş adamı ilə bu məsələdə razılığa gələ bilmədikləri üçün məhkəməyə müraciət etmək istəyirlər.

Qeyd edək ki, Roman Abramoviç 2022-ci ildə sanksiyaya məruz qaldıqdan sonra “Çelsi” klubunu satıb.

Xəbər lenti

Xəbər lenti