...

Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə yük dövriyyəsi 32%-dən çox artıb

İqtisadiyyat Materials 3 İyun 2025 17:42 (UTC +04:00)
Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə yük dövriyyəsi 32%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 39,5 milyon ton-km olub.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 milyon ton-km və ya 32,6% çoxdur.

Belə ki, 2024-cü ilin birinci rübündə Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 29,8 milyon ton-km olmuşdu.

Qeyd edək ki, hesabat dövründə bu nəqliyyat dəhlizi üzrə yük dövriyyəsinin 39,4 milyon ton-km hissəsi tranzit yüklər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti