...

"Saipem" Azərbaycanda yerli kadrlara və karbonsuzlaşdırma hədəflərinə xüsusi önəm verir

İqtisadiyyat Materials 3 İyun 2025 15:35 (UTC +04:00)
"Saipem" Azərbaycanda yerli kadrlara və karbonsuzlaşdırma hədəflərinə xüsusi önəm verir
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakıı. Trend:

“Saipem” Azərbaycanda yerli kadrlara və karbonsuzlaşdırma hədəflərinə xüsusi önəm verir.

Trend xəbər verir ki, bunu “Saipem”in baş icraçı direktoru Alessandro Puliti Bakı Enerji Forumundakı çıxışında deyib.

Onun sözlərinə görə, “Saipem” Azərbaycanda aktiv fəaliyyət göstərir və TAP kimi əhəmiyyətli enerji layihələri çərçivəsində xidmətlər göstərir. TAP layihəsi Azərbaycanla Avropanı birləşdirərək, qaz nəqli üçün imkan yaradır.

Puliti qeyd edib ki, "Saipem"in Azərbaycandakı işçi qüvvəsinin 90 faizdən çoxu yerli vətəndaşlardır və bu, şirkətin dayanıqlılığı baxımından mühüm faktordur.

“Biz bp və “TotalEnergies” kimi dünyanın aparıcı şirkətləri ilə fəal əməkdaşlıq edirik, innovativ həllər təqdim edirik və karbonsuzlaşdırma hədəflərini dəstəkləyirik”, - deyə Alessandro Puliti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti