...

Yelo Bank güzəştli biznes krediti ilə sahibkarlığa dəstək olur

İqtisadiyyat Materials 3 İyun 2025 13:16 (UTC +04:00)
Yelo Bank güzəştli biznes krediti ilə sahibkarlığa dəstək olur

Bakı. Trend:

Yelo Bank, Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaiti hesabına biznes sahiblərinə illik cəmi 5 % ilə yüksək məbləğdə güzəştli kreditlər təklif edir. Sahibkarlar Bank-dan 10 milyon AZN-ə qədər kredit əldə edə bilərlər və kreditin müddəti 120 ayadək uzadıla bilər. Bank həmçinin 12 aya qədər güzəşt müddəti ilə müştərilərinin işlərini daha da asanlaşdırır.

Yelo Bank üçün sahibkarlığın və xüsusilə real sektorun inkişafı vacib prioritetlərdən biridir. Bu məqsədlə Bank, SİF ilə sıx əməkdaşlıq edərək müxtəlif sektorlarda, xüsusən kənd təsərrüfatı sahəsindəki layihələri dəstəkləyib. 2025-ci ildə Yelo Bank, SİF hesabına ən çox sayda və məbləğdə güzəştli kredit təqdim edən TOP 5 bank arasında yer alır.

Əgər siz də biznesinizi inkişaf etdirmək və ya genişləndirmək istəyirsinizsə, Yelo Bank-ın güzəştli krediti sizin üçün ideal seçimdir. İndi onlayn müraciət edin və biznesinizi yeni zirvələrə daşıyın! Ətraflı məlumat üçün: https://bit.ly/ylkdjnt.

SİF kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti