...

Luka Modriç “Milan”a keçir

İdman Materials 3 İyun 2025 20:17 (UTC +04:00)
Luka Modriç “Milan”a keçir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiya millisinin və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Luka Modriç karyerasını İtaliyanın "Milan" komandasında davam etdirəcək.

Trend xarici mətbuata istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub.

39 yaşlı futbolçu uşaqlıqdan azarkeşi olduğu "rossonerilər"lə 2026-cı ilin yayına qədər müqavilə imzalayacaq.

Modriçin Madrid təmsilçisi ilə sözləşməsi bu ilin yayında başa çatacaq. Bu səbəbdən ulduz oyunçu İtaliya klubuna azad agent kimi keçəcək.

Qeyd edək ki, 2012-ci ildən “Real Madrid”də çıxış edən futbolçu bu müddət ərzində 590 matçda 43 qol və 95 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti