...

XRG şirkəti Azərbaycanda SOCAR-la birgə yeni layihələri nəzərdən keçirir

İqtisadiyyat Materials 3 İyun 2025 15:29 (UTC +04:00)
XRG şirkəti Azərbaycanda SOCAR-la birgə yeni layihələri nəzərdən keçirir
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

XRG şirkəti Azərbaycana investisiyaların həcmini artırmağı nəzərdən keçirir.

Trend xəbər verir ki, bunu XRG-nin aktivlərin idarəolunması üzrə direktoru Bassem Tadros Bakı Enerji Forumundakı çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan öz resursları, sürətlə inkişaf edən bazarı və gənc, istedadlı əhalisi sayəsində investisyaların cəlb olunması üçün unikal potensiala malikdir.

“Azərbaycana nəzər saldıqda biz təkcə zəngin neft və qaz ehtiyatlarına malik ölkəni deyil, həm də bərpa olunan enerji mənbələrinin - geotermal enerjidən tutmuş biokütlənin inkişafı üçün ideal olan bir ərazini görürük”, - deyə o qeyd edib.

O vurğulayıb ki, XRG artıq Azərbaycanda strateji tərəfdaşlıq həyata keçirir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “TotalEnergies” ilə birlikdə Abşeron qaz-kondensat yatağının işlənməsində iştirak edir.

"Biz işləyirik, yaradıcı texniki və kommersiya həlləri təklif edirik. Lakin bu, hələ başlanğıcdır - biz SOCAR və digər tərəfdaşlarla yeni layihələri müzakirə edirik və yaxın aylarda irəliləyişin əldə olunacağını gözləyirik", - Tadros əlavə edib.

Qeyd edək ki, XRG Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi Milli Neft Şirkətinin (ADNOC) törəmə şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti