...

Sabah Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Cəmiyyət Materials 3 İyun 2025 12:32 (UTC +04:00)
Sabah Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Bakıda külək zəifləyəcək, rayonlarda güclənəcək.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 3-dən 4-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək.

Havanın temperaturu gecə +17 dərəcədən +20 dərəcəyədək, gündüz +23 dərəcədən +27 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +14 dərəcədən +18dərəcəyədək, gündüz +22 dərəcədən +27 dərəcəyədək, dağlarda gecə +5 dərəcədən +10 dərəcəyədək, gündüz +10 dərəcədən +15 dərəcəyədək olacaq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti