...

SOCAR ilə “MOL Group” şirkəti arasında Əsas Şərtlər Sazişi imzalanıb

İqtisadiyyat Materials 3 İyun 2025 17:47 (UTC +04:00)
SOCAR ilə “MOL Group” şirkəti arasında Əsas Şərtlər Sazişi imzalanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

“Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə Macarıstanın “MOL Group” şirkəti arasında Əsas Şərtlər Sazişi imzalanıb.

Trend-ə bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, ötən il sentyabrın 20-də şirkətlər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat layihəsinin əsas texniki və kommersiya şərtlərinin razılaşdırılması üzrə işlər aparılıb və müvafiq razılıqlar əldə olunub.

İlkin və əsas kəşfiyyat dövrlərində şirkətlər tərəfindən görüləcək işləri müəyyənləşdirən Əsas Şərtlər Sazişinə əsasən, Macarıstan şirkətinin operator olacağı layihədə “MOL Group”un 65 faiz, SOCAR-ın isə 35 faiz paya sahib olması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti