...

Azərbaycanla Keniya arasında enerji və faydalı qazıntılar sahələrində əməkdaşlıq imkanları müzakirə edildi (FOTO)

Siyasət Materials 3 İyun 2025 20:02 (UTC +04:00)
Azərbaycanla Keniya arasında enerji və faydalı qazıntılar sahələrində əməkdaşlıq imkanları müzakirə edildi (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

3 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniyaya səfəri çərçivəsində bu ölkənin prezidenti Vilyam Samoei Ruto tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, görüş zamanı tərəflər, yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkərək, tərəfdaşlığın bütün sahələrdə möhkəmlənəcəyinə dair əminlik ifadə ediblər.

Bununla yanaşı, iqtisadiyyat, enerji, kənd təsərrüfatı, təhsil, mədəniyyət, turizm və idarəçilik sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Tərəflər informasiya və kommunikasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat, enerji və faydalı qazıntılar sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğunu və konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə birgə biznes forumların və ticarət missiyalarının təşkilinin faydalı olacağını qeyd ediblər.

Afrika ölkələrinin Azərbaycanın xarici siyasətində əhəmiyyətindən bəhs olunub, Keniya ilə yanaşı qitənin digər dövlətləri ilə əməkdaşlığın inkişafında maraqlı olduğu diqqətə çatdırılıb.

Ölkəmizin uğurlu COP29 tədbirinin və qəbul olunmuş qərarları əhəmiyyəti, 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhər Forumu çərçivəsində iki ölkə arasında əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.

Görüşdə gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti