...

Azərbaycan dayanıqlı və balanslaşdırılmış enerji strategiyasının formalaşdırılması sahəsində ciddi irəliləyiş nümayiş etdirir - İEF baş katibi

İqtisadiyyat Materials 3 İyun 2025 14:46 (UTC +04:00)
Azərbaycan dayanıqlı və balanslaşdırılmış enerji strategiyasının formalaşdırılması sahəsində ciddi irəliləyiş nümayiş etdirir - İEF baş katibi
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dayanıqlı və balanslaşdırılmış enerji strategiyasının formalaşdırılması sahəsində ciddi irəliləyiş nümayiş etdirir, Bakı Enerji Forumu isə bu sahədə qlobal dialoq üçün mühüm platforma rolunu oynayır.

Trend xəbər verir ki, bunu Beynəlxalq Enerji Forumunun baş katibi Cəssim Əl-Şiravi Bakı Enerji Forumunun gedişində söyləyib.

“Forum mühüm bir dövrdə – bizim təkcə enerji məsələlərini deyil, həm də ətraf mühit problemləri, geosiyasi çağırışları, eləcə də qlobal enerji gündəminin təzələnməsinə olan zərurəti müzakirə etdiyimiz bir zamanda keçirilir.

Əl-Şiravi ötən il Azərbaycanda keçirilmiş COP29 konfransının enerji keçidi çağırışlarının dərk olunmasının və sürətlə dəyişən mühit şəraitində dayanıqlı və təhlükəsiz enerji sisteminin formalaşdırılmasının nə qədər vacib olduğunu aydın şəkildə göstərdi.

Onun sözlərinə görə, IEF hər il Beynəlxalq Enerji Agentliyi (IEA) və OPEC ilə birgə Enerji Proqnozları Simpoziumu təşkil edir. Burada energetikanın gələcək inkişaf ssenariləri, enerji resurslarına qlobal tələbatın artımı və həm ənənəvi, həm də bərpa olunan enerji sektoruna investisiya ehtiyacı müzakirə olunur.

“Proqnozlara əsasən, dünya üzrə enerji istehlakının 89 faizi hələ də ənənəvi mənbələrin payına düşəcək. Lakin qarşıdakı onilliklərdə bərpa olunan enerjinin payının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Xüsusilə də inkişaf etməkdə olan ölkələrə investisiyaların təmin olunması olduqca vacibdir – çünki bu ölkələr dünya əhalisinin üçdə ikisini təşkil etsələr də, qlobal təmiz enerji investisiyalarının cəmi 15 faizini alırlar”, – deyə o qeyd edib.

Əl-Şiravi dövlət və özəl investisiyalar arasında balansın yaradılmasının, transmilli əməkdaşlığın gücləndirilməsinin, istehsalçı və istehlakçı ölkələr arasında ikitərəfli sazişlərin bağlanmasının, habelə maliyyə institutlarının cəlb olunmasının vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti