...

“Şəfəq-Asiman” qaz yatağında ikinci quyunun qazılması planlaşdırılır - bp

İqtisadiyyat Materials 3 İyun 2025 14:04 (UTC +04:00)
“Şəfəq-Asiman” qaz yatağında ikinci quyunun qazılması planlaşdırılır - bp
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“Şəfəq-Asiman” qaz yatağında ikinci quyunun qazılması planlaşdırılır.

Trend xəbər verir ki, bunu bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell brifinqin gedişində bildirib.

“Bir neçə il əvvəl bp və SOCAR tərəfdaşlıq çərçivəsində bir quyu qazdı və “Şəfəq-Asiman” qaz yatağını kəşf etdi. Həmin işlər nəticəsində əldə edilən bütün məlumatların təhlilindən sonra belə nəticəyə gəldik ki, yataq daha böyük ola bilər. Buna görə də daha əhəmiyyətli ehtiyatların mövcudluğunu təsdiqləmək üçün ikinci quyunun qazılması zəruridir. Əgər bu təsdiqlənsə, yatağın mənimsənilməsi və qaz hasilatı üzrə proqram hazırlanacaq”, - deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyənin Dövlət Neft Şirkəti – “Turkish Petroleum”, bp və SOCAR-ın Xəzər regionundakı uzunmüddətli və etibarlı tərəfdaşı kimi, bu layihədə iştirakda maraqlı olduğunu ifadə edib.

“Nəticədə Turkish Petroleum tərəfdaşlığa qoşuldu və indi biz birlikdə ehtiyatların həcmini təsdiqləmək üçün ikinci quyunun qazılmasını planlaşdırırıq.Müsbət nəticənin əldə olunacağı təqdirdə, bu, yatağın işlənməsi üzrə layihənin başlanması ilə nəticələnəcək”, - deyə Q.Birrell qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti