Bakı. Trend:
Qaraməryəm-İsmayıllı-Şəki magistralını Oğuz rayonunun Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmirinə 1,5 milyon manat ayrılıb.
Trend xəbər verir ki, bununla
bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Qaraməryəm–İsmayıllı–Şəki magistralını dörd min
nəfər əhalinin yaşadığı Calut, Mollalı, Yemişanlı, Dəymədərə,
Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının
əsaslı təmiri məqsədilə 1,5 milyon (bir milyon beş yüz min) manatı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutulur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.