Bakı. Trend:
“Boston Consulting Group” (BCG) Azərbaycan və Türkiyə arasında interkonnektor layihəsinin texniki-iqtisadi əsaslandırılmasını başa çatdırıb.
Trend xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Forumunda etdiyi çıxışda deyib.
“BCG şirkəti Naxçıvan bölgəsindən enerji ixracını nəzərdə tutan Azərbaycan və Türkiyə arasında interkonnektor layihəsinin texniki-iqtisadi əsaslandırmasını başa çatdırıb”, - deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, Naxçıvandan ixracın Türkiyənin gələcək enerji inkişafı planlarına inteqrasiyası üçün yaxşı perspektivlər mövcuddur.
“Türkiyə nümayəndə heyətinin qeyd etdiyi kimi, yaxın illərdə ölkə 120 giqavatt yeni "yaşıl" enerji generasiyasını istismara verməyi planlaşdırır. Buna görə də bu layihə həm milli plana təbii şəkildə uyğunlaşa, həm də Avropaya enerji ixracını təmin edə bilər”, - deyə o vurğulayıb.