...

bp Xəzər dənizi regionunda dayanıqlı enerji keçidinə hədəflənib

İqtisadiyyat Materials 3 İyun 2025 14:25 (UTC +04:00)
bp Xəzər dənizi regionunda dayanıqlı enerji keçidinə hədəflənib
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

bp Xəzər dənizində dayanıqlı enerji keçidinə hədəflənib.

Trend xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şirkət ənənəvi neft-qaz layihələrini inkişaf etdirilməsi ilə yanaşı karbonsuzlaşdırma və bərpa olunan enerji sahəsində iri miqyaslı investisiyaların ayrılmasına diqqət ayırır.

“ Biz 2027-ci ilə qədər “upstream” layihələrə investisiyaları 10 milyard dollara qədər artırmaqdayıq. Bununla belə biz ətraf mühiti (çirkləndirən) emissiyaları azaltdığımıza əmin olmaq istəyirik”, -deyə o bildirib.

Qari Cons həmçinin vurğulayıb ki, Azərbaycan xüsusilə AÇG və Şahdəniz layihələri sayəsində bp-nin ən sabit investisiya regionlarından biri olaraq qalmaqdadır. Şirkət Cəbrayıldakı günəş panelləri kimi bərpa olunan enerji mənbələrinin inteqrasiyasına xüsusi diqqət yetirir ki, bu da Səngəçal terminalının karbonsuzlaşdırılmasına töhfə verəcək.

"Biz Qarabağda layihələri nəzərdən keçririk, həmçinin tam elektrikləşdirilmiş platforma hazırlayırıq. Bu, bizim gələcəyin enerjisinə holistik yanaşmamızı əks etdirir", -deyə Qari Cons əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti