...

Dünyanın ən bahalı futbolçuları məlum olub

İdman Materials 4 İyun 2025 06:42 (UTC +04:00)
Dünyanın ən bahalı futbolçuları məlum olub

Bakı. Trend:

Lamin Yamalın dəyəri 400 milyon avronu keçib.

Trend xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin hesablamalarına görə, "Barselona" klubunun vingeri ilə 2031-ci ilə qədər yeni müqavilə imzalandıqdan sonra onun dəyəri 402,3 milyon avroya yüksəlib.

Dünyanın ən bahalı 10 futbolçusu aşağıdakı kimidir:

1. Lamin Yamal ("Barselona") — 402,3 milyon avro

2. Erlinq Haaland ("Mançester Siti") — 239,6 milyon avro

3. Cud Bellinqem ("Real") — 233,8 milyon avro

4. Kilian Mbappe ("Real") — 192,5 milyon avro

5. Jamal Musiala ("Bavariya") — 154,8 milyon avro

6. Pedri ("Barselona") — 143,7 milyon avro

7. Vinisius Junior ("Real") — 130,4 milyon avro

8. Koul Palmer ("Çelsi") — 126,5 milyon avro

9. Xulian Alvares ("Atletiko") — 126 milyon avro

10. Florian Virtz ("Bayer") — 122,3 milyon avro

Xəbər lenti

Xəbər lenti