...

“MOL Group” yaxın zamanda “Şamaxı-Qobustan” layihəsinin icrasında mühüm mərhələyə çatacağına ümid edir - Vitse-prezident

İqtisadiyyat Materials 3 İyun 2025 16:08 (UTC +04:00)
“MOL Group” yaxın zamanda “Şamaxı-Qobustan” layihəsinin icrasında mühüm mərhələyə çatacağına ümid edir - Vitse-prezident
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“MOL Group” yaxın zamanda “Şamaxı-Qobustan” layihəsinin icrasında mühüm mərhələyə çatacağına ümid edir.

Trend xəbər verir ki, bunu “MOL Group”un kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Adam Homonnai Bakı Enerji Forumunda etdiyi çıxışda bildirib.

“Bu yaxınlarda biz "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə tərəfdaşlıqda iştirakımızın beş illiyini qeyd etdik. Azərbaycanda geoloji-kəşfiyyat işlərinə marağımız var. Ötən il biz SOCAR ilə "Şamaxı-Qobustan" layihəsi çərçivəsində kəşfiyyat işlərinə dair Anlaşma Memorandumu imzaladıq və hazırda bu istiqamətdə fəal şəkildə işləyirik. Yaxın vaxtlarda yeni və vacib bir mərhələyə çatacağımıza ümid edirik”, – deyə o bildirib.

Homonnai AÇG yataqlar blokunda, xüsusilə müşayiətedici qazla əlaqəli olmayan sahələrdə potensialın əlavə qiymətləndirilməsi baxımından perspektivlərin olduğunu qeyd edib.

Onun sözlərinə görə, tərəfdaşlıqlar “MOL Group” üçün birinci dərəcəli əhəmiyyət daşıyır.

“Azərbaycanla yanaşı, aktivlərimizin inkişaf mərhələsində olduğu Qazaxıstanla da Anlaşma Memorandumu imzalamışıq. Bundan başqa, biz Türkiyənin neft korporasiyası ( TPAO ) ilə də razılıq əldə etmişik. Yaxın vaxtlarda TPAO ilə Macarıstanda keçirilən bir tenderdə birlikdə iştirak etdik və iki lisenziya əldə etdik. Beləliklə, TPAO ilk dəfə olaraq Macarıstanda geoloji-kəşfiyyat sahəsinə daxil olub”, – deyə Homonnai vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti