...

Azərbaycan “ACWA Power” şirkəti ilə qlobal enerji gündəliyinin prioritetlərini müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 3 İyun 2025 18:06 (UTC +04:00)
Azərbaycan “ACWA Power” şirkəti ilə qlobal enerji gündəliyinin prioritetlərini müzakirə edib (FOTO)
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

“ACWA Power” şirkəti ilə qlobal enerji gündəliyinin prioritetləri, dayanıqlı biznes modellərə keçidin əhəmiyyəti və yaşıl enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Trend-ə bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Belə ki, 30-cu Bakı Enerji Həftəsi çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyan ilə görüşüb.

Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyatın bütün sahələrində, xüsusilə də bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndiyi vurğulanıb. “Yaşıl” enerjiyə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin rolu qeyd edilib.

“ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Qafqaz regionunun ən böyük külək elektrik stansiyasının inşası ilə bağlı həyata keçirilən layihə və dəniz suyunun duzsuzlaşdırılması sahəsində görülən işlər əməkdaşlığımızın əhəmiyyətli nümunəsi kimi dəyərləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti