...

bp Xəzər dənizi hövzəsində yataqların kəşfiyyatı və işlənməsi üzrə səylərini aktivləşdirir

İqtisadiyyat Materials 3 İyun 2025 15:13 (UTC +04:00)
bp Xəzər dənizi hövzəsində yataqların kəşfiyyatı və  işlənməsi üzrə səylərini aktivləşdirir
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

bp Xəzər dənizi hövzəsində yataqların kəşfiyyatı və işlənməsi üzrə səylərini aktivləşdirir.

Trend xəbər verir ki, bunu bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyədə geoloji kəşfiyyat üzrə vitse-prezidenti Den Sparks Bakı Enerji Forumundakı çıxışında söyləyib.

Onun sözlərinə görə, regionda neft-qaz layihələrinin inkişafına kompleks yanaşma üçün əlverişli şərait formalaşıb. Bu istiqamətdə həm yetkin yataqlarda işlər aparılır, həm də yeni resursların kəşfi və araşdırılması üzrə fəaliyyət davam etdirilir.

“Bu iri yataqlar əvvəlki imkanlarımızla müqayisədə tamamilə fərqli miqyasdadır. Söhbət milyardlarla barel hasil olunan ehtiyatlardan – yüz milyonlarla bareldən gedir”, – deyə o bildirib.

Sparks əlavə edib ki, bp təkcə hasilatın artırılması üçün yox, eyni zamanda, yaşlanan aktivlərdəki azalmaların kompensasiya olunması üçün eyni vaxtda bir neçə vacib məcrada irəliləyir.

“Hazırda bp-nin diqqət mərkəzində üç əsas təşəbbüs var. Birincisi, "Şahdəniz" layihəsidir: bu gün yekun investisiya qərarının qəbul edildiyi elan olundu. Bu, yeni hasilatı təmin edəcək və hövzədəki digər obyektlər üçün də faydalı olacaq infrastruktur yaradacaq iri miqyaslı layihədir”, – deyə vitse-prezident qeyd edib.

O, 1998-ci ildə kəşf olunmuş “Qarabağ” yatağının işlənməsinin növbəti mərhələsinə keçidlə bağlı məlumat verib.

“Artıq irəliləməyin vaxtıdır. Biz investisiya qərarını qəbul etmək və "Qarabağ" yatağında ilkin hasilata başlamaq üçün mümkün qədər tez hərəkət edəcəyik”, – deyə o bildirib.

Bundan əlavə, bp nümayəndəsi şirkətin digər əsas layihələri haqda - o cümlədən, bp-nin "Turkish Petroleum" ilə əməkdaşlıq etdiyi “Şəfəq” layihəsinə qayıdışı barədə də danışıb.

“Temp çox önəmlidir. Həcmləri kompensasiya etmək üçün hər il yeni resurslar əlavə etməliyik. Bu isə bərpa, işlənmə və kəşfiyyat fəaliyyətlərinin birləşdirilməsini tələb edir. Biz bütün istiqamətlərdə maksimum səmərəlilik və məhsuldarlığa can atırıq”, – deyə Sparks vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti