...

Müəyyən edilən əlavə prosedurlar satınalmaların keçirilməsində çətinliklər yaradır – Hesablama Palatası

İqtisadiyyat Materials 3 İyun 2025 12:12 (UTC +04:00)
Müəyyən edilən əlavə prosedurlar satınalmaların keçirilməsində çətinliklər yaradır – Hesablama Palatası
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesablama Palatasının apardığı təhlillər dövlət satınalmaları sahəsində yeni qanunvericiliyin tətbiqinin bir sıra müsbət dəyişikliklərə töhfə verdiyini deməyə imkan yaradır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Sədr bildirib ki, qeyd olunan müsbət məqamlarla yanaşı, tətbiq edilən yeni qanunvericilik aktının digər təsirləri də müşahidə olunub.

“Belə ki, təhlillər yeni qanunvericilikdə bir sıra məsələlərin tənzimlənmədiyini, dövlət satınalmalarından istisna edilə biləcək halların müvafiq hüquqi aktda təsbit edilmədiyini, müəyyən edilmiş əlavə prosedurların satınalmaların keçirilməsinə çətinliklər yaratdığını və s. göstərib. Bu isə yeni qüvvəyə minmiş qanunvericiliyin təkmilləşdirilməsini zərurətə çevirib. Hazırda tərəfimizdən bu istiqamətdə iş aparılır və yaxın günlərdə təkliflər paketimiz aidiyyəti üzrə təqdim ediləcək”, - deyə V.Gülməmmədov qeyd edib

Xəbər lenti

Xəbər lenti