Bakı. Trend:
“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar şurasının sədri Muhammad Abunayanın rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş olub.
Bu barədə Trend-ə “AzərEnerji” dən məlumat verilib.
“AzərEnerji” görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda fikir mübadiləsi edilib.
Məlumata görə, 240 MVt-lıq “Xızı” Külək Elektrik Stansiyasının icra vəziyyəti barədə müzakirələr aparılıb.