...

Rusiyanın neft-qaz avadanlıqlarını korroziyadan qoruyan şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır

İqtisadiyyat Materials 3 İyun 2025 13:22 (UTC +04:00)
Rusiyanın neft-qaz avadanlıqlarını korroziyadan qoruyan şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın "PSS Corporation" şirkəti Azərbaycan bazarında çıxmaq niyyətindədir.

Bu barədə Trend-ə açıqlamasında sözügedən şirkətin beynəlxalq satış meneceri Kiril Qoriyayev 30-cu Yubiley “Baku Energy Week” tədbiri çərçivəsində deyib.

O, ilk olaraq təmsil etdiyi şirkət barədə məlumat verib: "Biz katodik mühafizə avadanlıqları sahəsində ixtisaslaşmışıq. Bu o deməkdir ki, bizim avadanlıqlar strukturların korroziyadan qorunmasına kömək edir. Yəni korroziyanın qarşısının alınması ilə məşğuluq. Biz neft-qaz, dəniz obyektləri və gəmiqayırma sənayesi kimi sahələrə xidmət göstəririk, müxtəlif sahələrdən və şirkətlərdən olan müştərilərimiz var".

Şirkət nümayəndəsi daha sonra Azərbaycanla mümkün əməkdaşlıq imkanlarından da danışıb: "Rusiya bazarında "Gazprom", "Lukoil" kimi nəhəng şirkətlərlə işləyirik, yəni qlobal bazarda tanınmış oyunçularla əməkdaşlıq edirik.

Eyni zamanda Azərbaycan bazarı bizim üçün çox maraqlıdır. Hal-hazırda biz müxtəlif şirkətlərlə avadanlıqlarımızın yerli bazara tətbiqi və onların boru kəmərlərinin, eləcə də digər korroziya təhlükəsi olan obyektlərin qorunmasına kömək məqsədilə danışıqlar aparırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti