Bakı. Trend:
2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi Milli Məclisdə müzakirə edilib.
Trend xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatların müzakirəsinə təqdim edilib.
Məlumatı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.