...

Azərbaycan-Seneqal əlaqələrinin müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub

Siyasət Materials 3 İyun 2025 17:39 (UTC +04:00)
Azərbaycan-Seneqal əlaqələrinin müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 3-də Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukal ilə görüşüb.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Seneqalla əlaqələrin inkişafına əhəmiyyət verdiyi bildirilib. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub.

O.Bukalın səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” ilə Seneqalın Dövlət İdarəçiliyi və Dövlət Xidmətlərində İslahatlar Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıbş

Görüşdə Azərbaycan-Seneqal əlaqələrinin müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti