...

Mərkəzi Bank AİB ilə yeni layihələr həyata keçirəcək

İqtisadiyyat Materials 3 İyun 2025 16:18 (UTC +04:00)
Mərkəzi Bank AİB ilə yeni layihələr həyata keçirəcək
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti Yinmin Yanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend AMB-ə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanın makroiqtisadi vəziyyəti və inkişaf meyilləri, rəqəmsal texnologiyaların və yaşıl maliyyələşmənin təşviqi məsələləri, həmçinin, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində müəyyənləşdirilmiş prioritetləri üzrə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, AİB ilə texniki yardım layihələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafı imkanları müzakirə olunub.

Görüşün nəticəsi olaraq tərəflər arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində mühüm addımların atılması üzrə razılığa gəlinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti