...

“Masdar” Xəzərdə ilk külək stansiyalarının tikintisi üzrə layihəni yaxın zamanda gerçəkləşdirəcəyinə ümid edir

İqtisadiyyat Materials 3 İyun 2025 17:13 (UTC +04:00)
“Masdar” Xəzərdə ilk külək stansiyalarının tikintisi üzrə layihəni yaxın zamanda gerçəkləşdirəcəyinə ümid edir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

“Masdar” Xəzərdə ilk dəniz külək stansiyalarının tikintisi üzrə layihəni yaxın zamanda gerçəkləşdirəcəyinə ümid edir.

Trend xəbər verir ki, bunu “Masdar” şirkətinin MDB regionu üzrə biznesin inkişafı və investisiyalar şöbəsinin rəhbəri Məryəm Əl-Məzrui Bakı Enerji Forumunda etdiyi çıxışda deyib.

“Keçən il biz Xəzər dənizində dəniz külək enerjisinin inkişafı imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma memorandumu imzalamışıq. Hazırda layihə ilkin inkişaf mərhələsindədir, lakin biz bu məsələyə ciddi yanaşırıq və yaxın vaxtlarda onu gerçəkləşdirəcəyimizə ümid edirik”, - deyə o bildirib.

O qeyd edib ki, “Masdar” şirkəti regionda bərpa olunan enerjinin inkişafında fəal iştirak edir və ən iri investorlardan biridir. Azərbaycan şirkətin strategiyasında xüsusi yer tutur.

“Biz, həmçinin, qonşu ölkələrə və Avropaya "yaşıl’ elektrik enerjisinin ixracına dair regional təşəbbüsləri fəal şəkildə dəstəkləyirik. “Masdar” müvafiq layihələrin inkişafına və gerçəkləşdirilməsinə hazırdır”, - deyə Əl-Məzrui bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti