...

Azərbaycan "yaşıl dəhliz" vasitəsilə rəqəmsal transformasiyanı genişləndirir - Nazir müavini

İqtisadiyyat Materials 3 İyun 2025 16:40 (UTC +04:00)
Azərbaycan "yaşıl dəhliz" vasitəsilə rəqəmsal transformasiyanı genişləndirir - Nazir müavini
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan region əlaqəliliyi möhkəmləndirməklə “yaşıl rəqəmsal dəhliz” layihəsini inkişaf etdirir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yaşıl rəqəmsal dəhlizin inkişafı regional əməkdaşlığın daha da sıxlaşmasına, rəqəmsal transformasiyanın sürətlənməsinə və enerji ilə rəqəmsal əlaqəliliyin güclənməsinə şərait yaradır.

“Fiberoptik infrastruktur yalnız enerji deyil, həm də məlumat ötürülməsini təmin etməklə yaşıl dəhlizlər üçün möhkəm platforma yaradır. Bu, regionda iqtisadi inkişafı və həyat keyfiyyətinin yaxşılaşmasını dəstəkləyərək, frilanserlik, startaplar və rəqəmsal xidmətlər üçün yeni imkanlar açır”, – S.Məmmədov qeyd edib.

O vurğulayıb ki, Azərbaycan artıq ən uzaq bölgələr də daxil olmaqla, 100 faiz fiberoptik rabitə ilə təmin olunub:

"Ölkəmiz data mərkəzlərinin və “yaşıl” energetikanın inkişafına investisiyaları davam etdirir ki, bu da milli və regional rəqəmsal infrastrukturu daha da gücləndirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti