...

Azərbaycan və Qazaxıstan enerji əməkdaşlığını gücləndirirlər - "KazMunayQaz" (Özəl)

İqtisadiyyat Materials 3 İyun 2025 12:46 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan enerji əməkdaşlığını gücləndirirlər - "KazMunayQaz" (Özəl)
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Qazaxıstan enerji əməkdaşlığını gücləndirirlər.

Bunu Trend-ə “KazMunayQaz” (KMQ) şirkətinin idarə heyətinin sədri Asxat Xassenov Bakı Enerji Forumu çərçivəsində özəl müsahibəsində bildirib.

Onun sözlərinə görə, “KazMunayQaz” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlıq təkcə neftin nəqli ilə məhdudlaşmır, həm də digər strateji sahələri əhatə edir.

“Biz hər zaman SOCAR-dakı həmkarlarımızla əməkdaşlığın bütün mümkün variantlarını nəzərdən keçiririk. Bu gün Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə neft nəqlinin həcmlərində illik sabit artım müşahidə olunur”, - deyə o vurğulayıb.

A.Xassenov qeyd edib ki, iki şirkət arasında əməkdaşlıq yalnız logistika ilə məhdudlaşmır və sənaye təhlükəsizliyi, rəqəmsallaşma və karbonsuzlaşdırma sahələrində birgə təşəbbüsləri də ehtiva edir. Xüsusilə, Astanada keçirilən Beynəlxalq Forum çərçivəsində KMG, SOCAR, TATNEFT və "Uzbekneftegaz" şirkətləri arasında karbonsuzlaşdırma məsələlərinə dair dördtərəfli sənəd imzalanıb.

“Bu əməkdaşlıq hər iki ölkənin və milli şirkətlərin qarşılıqlı etimad və maraqlarına əsaslanır”, – deyə Xassenov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti