Bakı. Trend:
Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat zamanı saxlanılan 29 yaşlı Arzu Bayramovanın üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuay xidmətindən məlumat verilib.
Bildirilib ki, şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək məbləğdə pul vəd etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlayıb.