Bakı. Trend:
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası məhkəmələrinə yeni hakimlər təyin olunub.
Trend-in məlumatına görə, bununla da ölkədəki hakim sayı 655 nəfərə çatıb.
Belə ki, Azərbaycan Respublikasında ümumi 116 məhkəmə mövcuddur. Onlardan 1-i Ali Məhkəmə, 6-ı apellyasiya məhkəmələri, 6-ı ağır cinayətlər məhkəmələri, 6-ı hərbi məhkəmələr, 6-ı inzibati məhkəmələr, 6-ı kommersiya məhkəmələri, 85-i isə şəhər və rayon məhkəmələridir.
Ölkədə ümumi 800 nəfər hakim ştat sayı olsa da, fəaliyyət göstərən hakim sayı 655-dir.
Məhkəmələr üzrə hakim sayı isə belədir:
Ali Məhkəmə üzrə hakim sayı- 38 nəfər
Apellyasiya məhkəmələri üzrə hakim sayı- 144 nəfər
Ağır cinayətlər məhkəmələri üzrə hakim sayı- 50 nəfər
Hərbi məhkəmələr üzrə hakim sayı- 22 nəfər
İnzibati məhkəmələr üzrə hakim sayı- 42 nəfər
Kommersiya məhkəmələri üzrə hakim sayı- 24 nəfər
Rayon, şəhər məhkəmələr üzrə hakim sayı- 334 nəfər