...

Azərbaycanla Keniya arasında qarşılıqlı anlaşma və etimadın gücləndirilməsi müzakirə edilib (FOTO)

Siyasət Materials 3 İyun 2025 19:28 (UTC +04:00)
Azərbaycanla Keniya arasında qarşılıqlı anlaşma və etimadın gücləndirilməsi müzakirə edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfər çərçivəsində Nayrobidə Senatın Sədri Amason Kingi ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Bildirilib ki, C.Bayramov parlamentlərarası əməkdaşlığın vacibliyini vurğulayaraq, qarşılıqlı anlaşma və etimadın gücləndirilməsi üçün parlamentin dostluq qrupları və müvafiq komitələri arasında birbaşa əlaqələrin qurulmasının vacibliyinə diqqət çəkib.

Hər iki tərəf parlamentlərarası dialoqun daha da gücləndirilməsinin və qarşılıqlı səfərlərin təşviqinin vacibliyinu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti