...

Netanyahu Prezident İlham Əliyevə təşəkkür edib

Siyasət Materials 3 İyun 2025 23:45 (UTC +04:00)
Netanyahu Prezident İlham Əliyevə təşəkkür edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir.

Trend xəbər verir ki, bu fikir İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə təbrikində yer alıb.

Təbrikdə deyilir: “Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə İsrailə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir. Mən, həmçinin Azərbaycanın İsrail və Türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm".

Xəbər lenti

Xəbər lenti