Bakı. Trend:
Amerikanın texnologiya nəhəngi olan “Microsoft” korporasiyasının 300-dən çox əməkdaşı ixtisara düşdükləri ilə bağlı bildiriş alıblar.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb.
KİV-lərin sorğusuna cavab olaraq şirkətdən bildirilib ki, “Microsoft” dinamik inkişaf edən bazarda uğur qazanması üçün tələb olunan təşkilatı dəyişiklikləri davam etdirir.
Bundan əvvəl, korporasiya may ayında 6 min işçini ixtisar edəcəyini elan etmişdi.
Şirkətdə dövri ixtisarlar və sərt büdcə ölçüləri texnologiya bazarındakı dəyişikliklərlə bağlıdır. Hazırda ən böyük xərclər süni intellektin (Sİ) inkişafı üçün vacib olan məlumat mərkəzlərinin elektrik enerjisi ilə təminatına sərf olunur. Şirkətin baş direktoru Satya Nadellanın sözlərinə görə, hazırda süni intellekt o qədər inkişaf edib ki, işdən çıxarılmış heyətin yerinə yetirdiyi tapşırıqları icra etməyə imkan verir.