...

Havanı çirkləndirən bu restoranlar cərimələndi

Hadisə Materials 3 İyun 2025 17:38 (UTC +04:00)
Havanı çirkləndirən bu restoranlar cərimələndi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri cərimələnib.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı "Mega Palace", "Bəyaz Saray", “Fəridə” şadlıq saraylarından, "İmperator", "Kənd Qəbələ", "Niaqara", "Qədim Bərdə”, "Çinaraltı Kabab", "Qoca Çinar" və "Lüks Dönər" restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

O qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib edilərək hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti