Bakı. Trend:
Bərdədə məktəbin üçüncü mərtəbəsindən yıxılan şagird Bakıya gətirilib.
Bu barədə Trend-ə TƏBİB-dən bildirilib.
"2010-cu il təvəllüdlü şəxs (qadın cinsli) 02.06.2025-ci il tarixində saat 12:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin tibbi yardım göstərilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
Qapalı fəqərə onurğa beynin travması, L1-fəqərəsinin fəsadlaşmamış sınığı diaqnozları təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - məlumatda deyilir.
xxx
15:03
Bərdədə 9-cu sinif şagirdi məktəbin 3-cü mərtəbəsindən yıxılıb, vəziyyəti ağırdır.
Trend xəbər verir ki, hadisə ötən gün Bərdə şəhərinin ərazisində yerləşən 5 saylı tam orta məktəbdə baş verib.
Belə ki, məktəbin 9-cu sinifində təhsil alan Şəldizadə Zeynəb Ruslan qızı məktəb binasının üçüncü mərtəbəsindən yerə yıxılıb.
Ağır vəziyyətdə xəsarət alan Z.Şəldizadə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
İlkin yardım göstərilən yaralı məktəbli Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır