...

“ACWA Power” enerji və su təchizatı sahəsində iri layihələrin həyata keçirilməsi üçün Azərbaycanla strateji tərəfdaşlığını bəyan edib

İqtisadiyyat Materials 3 İyun 2025 17:51 (UTC +04:00)
“ACWA Power” enerji və su təchizatı sahəsində iri layihələrin həyata keçirilməsi üçün Azərbaycanla strateji tərəfdaşlığını bəyan edib
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Baku. Trend:

“ACWA Power” enerji və su təchizatı sahəsində iri layihələrin həyata keçirilməsi üçün Azərbaycanla strateji tərəfdaşlığını bəyan edir.

Trend xəbər verir ki, bu barədə “ACWA Power” şirkətinin biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, “ACWA Power” Azərbaycanı enerji və su təchizatı sahəsində layihələrin gerçəkləşdirilməsində vacib tərəfdaş kimi qiymətləndirir.

“Biz təkcə enerji infrastrukturunun inkişafına deyil, həm də təbii resurslardan istifadə etməklə və hökumətin baxışını dəstəkləməklə əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına nail olmağa çalışırıq”, – deyə o qeyd edib.

Şirkətin nümayəndəsi əlavə edib ki, “ACWA Power” Azərbaycanın Energetika Nazirliyi və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi də daxil olmaqla, tərəfdaşlarla birgə ölkənin və regionun enerji sektorunun inkişafına əhəmiyyətli təsir göstərə biləcək layihələr üzərində fəal iş aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti