...

Ceyhun Bayramov Keniyanın Baş naziri ilə ikitərəfli münasibətləri müzakirə edib

Siyasət Materials 3 İyun 2025 14:10 (UTC +04:00)
Ceyhun Bayramov Keniyanın Baş naziri ilə ikitərəfli münasibətləri müzakirə edib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilir ki, BMT, Qoşulmama Hərəkatı və COP29 kimi çoxtərəfli platformalarda yaradılmış səmərəli tərəfdaşlıq əsasında, parlament diplomatiyasından iqtisadi və ticarət əməkdaşlığına, humanitar və mədəni mübadilələrə qədər müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün son dövrlərdə siyasi dialoq və qarşılıqlı yüksək səviyyəli səfər dinamikasının davam etdirilməsi zəruridir.

Qeyd edilir ki, Azərbaycanın Nayrobidəki səfirliyinin rəsmi açılışı dövlətlərarası münasibətlərin inkişafında yeni hərəkətverici qüvvə kimi çox böyük əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti