Bakı. Trend:
Azərbaycanın Keniyada Səfirliyi açılıb.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Bildirilib ki, Keniyaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov keniyalı həmkarı Musaliya Mudavadi ilə səfirliyin açılış mərasimində iştirak edib.
Xarici işlər nazirləri diplomatik nümayəndəliyin açılmasını Azərbaycan-Keniya dövlətlərarası əlaqələrinin davam etdirilməsi və möhkəmləndirilməsi, kommunikasiyaların asanlaşdırılması və əməkdaşlığın təşviqi istiqamətində mühüm addım kimi qiymətləndiriblər.
Nazir Keniya tərəfindən diplomatik missiyanın lazımi səviyyədə fəaliyyət göstərməsi üçün ev sahibi ölkə kimi yaradılmış əlverişli mühit və şəraiti yüksək qiymətləndirib.