Bakı. Trend:
Bu ilin birinci rübündə Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 657,9 milyon ton-km olub.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 88,7 milyon ton-km və ya 11,9% azdır.
Belə ki, 2024-cü ilin birinci rübündə Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 746,6 milyon ton-km olmuşdu.
Qeyd edək ki, hesabat dövründə bu nəqliyyat dəhlizi üzrə yük dövriyyəsinin 226,9 milyon ton-km hissəsi tranzit yüklər olub.