...

İtaliyada vulkan püskürüb

Dünya xəbərləri Materials 2 İyun 2025 19:13 (UTC +04:00)
İtaliyada vulkan püskürüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Siciliyada Etna vulkanında kül püskürməsi baş verib. Bölgədə vulkanın üzərində qatı kül-toz buludunun formalaşdığı deyilir.

Trend xəbər verir ki, bu haqda ANSA agentliyi İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun mütəxəssislərinə istinadən məlumat yayıb.

Mütəxəssislərin məlumatına görə, püskürmə kraterin bir hissəsinin çökməsindən sonra baş verib. Çökmə nəticəsində piroklastik axın yaranıb – bu, bir neçə kilometr yüksəkliyə qalxan, isti qazlar, kül və qaya parçalarından ibarət qarışıqdır.

Etna — Avropanın ən hündür fəal vulkanıdır və Siciliyanın şərq sahilində yerləşir. Onun hündürlüyü təxminən 3,3 min metr təşkil edir, lakin bu göstərici püskürmələr və çökmələr nəticəsində dəyişə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti