...

Qvineya-Bisau nef-qaz sektoru üzrə Azərbaycanla əməkdaşlığın çərçivə strategiyasını hazırlamağa başlayıb - Nazir

İqtisadiyyat Materials 3 İyun 2025 11:20 (UTC +04:00)
Qvineya-Bisau nef-qaz sektoru üzrə Azərbaycanla əməkdaşlığın çərçivə strategiyasını hazırlamağa başlayıb - Nazir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qvineya-Bisau nef-qaz sektoru üzrə Azərbaycanla əməkdaşlığın çərçivə strategiyasını hazırlamağa başlayıb.

Trend xəbər verir ki, bunu Qvineya-Bisaunun Ətraf-mühit,biomüxtəliflik və iqlim dəyişikliyi ilə mübarizə üzrə naziri Viriatu Luiş Suareş Kassama Bakı Enerji Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

“Bizim neftimiz və qazımız olsa da, hələ ki, onların hasilatına başlanılmayıb. Azərbaycanın isə neft-qaz hasilatı sahəsində təcrübəsi var. Bununla əlaqədar mənim ölkəm bu məsələdər Azərbaycanla əməkdaşlığın çərçivə strategiyasını hazırlamağa başlayıb”, - deyə o bildirib.

Nazir Qvineya-Bisaunun bərpa olunan enerji mənbələrinin inkişaf üçün potensisalının olduğunu vurğulayıb.

“Hesab edirəm ki, bu forum Qvineya-Bisau üçün böyük əhəmiyyət kəsb edir, çünki burada bir çox ölkə təmsil olunur ki, onlar qarışıq yanaşmaya - həm bərpa olunan mənbələrdən, həm də neft və qazdan istifadəyə əsaslanan enerji sisteminin qurulması təcrübələrini bizimlə bölüşə bilərlər”, - deyə Kassama əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti